banner
banner

Sosİal

Baş prokurorluq beynəlxalq hüquqi əməkdaşlığı genişləndirir (FOTO)

Cari ilin 24-25 iyun tarixlərində Belarus Respublikasının İstintaq Komitəsinin yaradılmasının onilliyi və Komitənin ixtisasartırma və peşə hazırlığı institutunun yaradılmasının ildönümü ilə əlaqədar “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak etmək üçün Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərinə səfər etmişdir.

Anomal istilər davam edir - özümüzü necə qoruyaq?

Son vaxtlar Bakıda və respublikanin bəzi bölgələrində yüksək hava temperaturu müşahidə olunur. Hətta bir neçə gün öncə əhaliyə isti hava ilə bağlı xəbərdarlıq da edilib. Belə ki, Tibbi-meteoroloji xidmətin xəbərdarlığında qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.