banner
banner

Sosİal

İndiyədək Azərbaycanda 1119 nəfər İİV-dən ölüb

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7449 nəfər rəsmi qeydiyyatdadır.

Açıq havada nə zaman maskasız gəzə bilərik? - Açıqlama

Azərbaycanda koronavirusa yoluxma halı bir az da aşağı düşsə və vaksinasiya prosesi bir az da sürətlənsə, müəyyən yumşalmalara getmək mümkün ola bilər və yaxud, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar.

Üç şəhidin yeni doğulan övladına hesab açılacaq - FOTO

Şəhid Gəray Soltanovun Füzuli şəhərində doğulan övladı Nurayın, şəhid Azad Abbasovun Bakı şəhərində doğulan övladı Arazın və şəhid Məhəmməd Osmanovun Mingəçevir şəhərində doğulan övladı Məhəmmədxəlilin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Samux polisi şəhid ailələrinə bayram sovqatları paylayıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.

Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur. Qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Gecə ərzində bu proses respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunacaq.