banner
banner

Sosİal

Leyla Şıxlinskayanı məhkəmədə yeni vəkili müdafiə edəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.