banner
banner

Sosİal

Bu şəxslərə hər ay 150 manat veriləcək

"Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası"nı təsdiq edilib.

Faktiki hava: Bəzi yerlərə leysan yağdı

İyulun 26-sı saat 9:00-a olan məlumata görə bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Bakı Abadlıq Xidməti binaların yuyulmasına aydınlıq gətirdi

Son günlər Bakıda bir sıra binaların fasad hissəsinin yuyulması zamanı hansı növ sudan istifadə edilməsi ilə bağlı ictimaiyyət arasında müzakirələr aparılır. Sosial şəbəkələrdə qeyd olunur ki, içməli su qıtlığı barədə danışılarkən binaların yuyulmasında belə suyun istifadəsi yolverilməzdir.

Bu cərimə 2 dəfə artırıldı

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb.

Ölkədə benzin ajiotajı: qiymətlər "dəyişdi", keyfiyyət öldü - sürücülər üsyan edir...

Neft ölkəsində bahalaşan yanacağın qiyməti cibimizə "od" qoymaqla yanaşı, həm də onun keyfiyyətsizliyi hamını "yandırır". Sürücülər Tarif Şurasının öz təbirincə desək, qiymət "dəyişikliyi"ndən sonra ən azı keyfiyyətdə artım gözləyirdisə, indi məlum olur ki, ölkədə bir benzin kataklizmi yaşanır. Yəni yanacağın qiymətini qaldırmaq azmış kimi, keyfiyyətini aşağı salıblar. Anaxeber.info bildirir ki, son günlərdə sosial şəbəkə platformalarında çoxsaylı eyni məzmunlu şikayətlərə rast gəlmək olur. Hər kəs də bahalaşan benzinin keyfiyyətinin daha da aşağı düşməsindən narazılıq edir.