banner
banner

Sosİal

Pensiyalarla bağlı şad xəbər: Artımın məbləği açıqlandı

2024-cü ilin büdcəsinin dürüstləşdirilməsi layihəsində sosial müdafiə xərclərinin azaldılması barədə səslənəın fikirlərin, iddiaların heç bir əsası yoxdur. Hüquqi, iqtisadi-sosial baxımından bu iddialar məntiqsizdir. Görünür iddiaları səsləndirənlər naşı, büdcə anlayışından xəbərsiz adamlardır. Eyni zamanda məkirli şəkildə bu kimi fikirləri yayanların da olması mümkündür.

Sabirabadın on iki kəndinin yolu yoxdur - Fotolar

Yol bəzən insanın öz içindən keçib gedir, ya arzularının dalınca aparır, ya da elə yolun özünə çevrilib sonsuzluğa qovuşursan. Hər iki halda – istər xilasın olsun, istərsə də məhvin, bir yol gərəkdi. Artıq hansı yolu seçəcəyin barədə hökmü taleyinlə hesablaşıb müəyyənləşdirirsən.

Polisdən "Son Zəng" XƏBƏRDARLIĞI

Respublikamızda “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.

Bu templə davam etsə... pensiya yaşı 100-ə qaldırılacaq... - BELƏ HARA GEDİRİK?..

Azərbaycanda qadınların pensiya yaşı artırılır. 1 iyul 2024 tarixindən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq, 64-ə çatdırılacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

ƏHALİNİN NƏZƏRİNƏ - Bu gün saat 10:00-dan...

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Bakının Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Orta aylıq əmək haqqı 1000 manatı keçdi

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1007,5 manat təşkil edib.

Bu şəxslər 2000 manatadək cərimələnəcək

Qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə yeni cərimələr müəyyənləşir. Hurriyyet.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə olunacaq.