banner
banner

İqtİsadİyyat

"Etibarsız" dollarlarla bağlı TƏHLÜKƏ

Son illərdə ölkədə saxta pullarla bağlı baş verən hadisələrin sayı artmaqda davam edir. İctimai yerlərdə, alış-veriş zamanı və xüsusilə valyutadəyişmə proseslərində saxta əskinasların dövriyyəyə buraxılması həm vətəndaşlar, həm də hüquq-mühafizə orqanları üçün ciddi narahatlıq doğurur.

Bu şəxslər üçün kredit imkanları yaradılır

2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün xarici valyutada kreditləri manata çevirmək və valyuta risklərini aradan qaldırmaq üçün yeni maliyyə aləti tətbiq ediləcək.

İpoteka kreditlərinin verilməsi qaydası dəyişdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Unun topdansatış qiyməti ucuzlaşdı

İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

Neft kəskin bahalaşdı

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin İrana hücumları fonunda dünya bazarında "Brent" neftinin bir barreli 78,5 dollara qədər bahalaşıb.

Rusiyadan gələn pullar kəskin azaldı: "Daşınmaz əmlak, avtomobil bazarı zərər görəcək"

"Rusiyadan pul köçürmələrinin azalması son 10 ildir ki, davam edir. Son 2 ildə isə kəskin azalmalar müşahidə olunur. Onların ən əsas səbəblərindən biri sankisyalara görə pul köçürmələrinin çətinləşməsidir. Həddən artıq yüksək inflyasiya və qiymət artımı azərbaycanlıların qazancına təsir edir. Qazanc azaldığı üçün ölkəyə göndərilən pulların da miqdarı kəskin azalıb".

Banka krediti olanlara mühüm xəbər: Bunu etməyin…

Son illərdə Azərbaycanda kredit götürən vətəndaşların sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə narahatedici məqamlardan biri bəzi vətəndaşların ilk kreditlərini ödəyə bilmədikləri üçün yeni kreditlər götürməyə məcbur qalmasıdır. Bu praktika zahirdə müvəqqəti rahatlıq gətirsə də, dərin maliyyə böhranlarına yol açır.