banner
banner

İqtİsadİyyat

"Etibarsız" dollarlarla bağlı TƏHLÜKƏ

"Etibarsız" dollarlarla bağlı TƏHLÜKƏ

Son illərdə ölkədə saxta pullarla bağlı baş verən hadisələrin sayı artmaqda davam edir. İctimai yerlərdə, alış-veriş zamanı və xüsusilə valyutadəyişmə proseslərində saxta əskinasların dövriyyəyə buraxılması həm vətəndaşlar, həm də hüquq-mühafizə orqanları üçün ciddi narahatlıq doğurur.
Bəzən bu saxtala pullar elə peşəkar şəkildə hazırlanır ki, onları gerçəyindən ayırd etmək çətin olur, bəzən isə üzərində "etibarsız" və ya digər qeyri-standart yazılarla açıq-aşkar təqdim olunur. Amma hər iki halda hüquqi nəticə eynidir: qanunvericilik saxta pul dövriyyəsini ağır cinayət kimi qiymətləndirir.
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, saxta pulun sadəcə ötürülməsi belə ciddi məsuliyyət yarada bilər.
Son günlər sosial şəbəkələrdə və mediada "etibarsız" yazılmış dollarların dövriyyəyə buraxılması ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a bildirib ki, bu cür pullar adətən suvenir məqsədilə buraxılır və onların üzərində "etibarsızdır" ifadəsinin yazılması həmin əşyanı saxta pul kateqoriyasına aid etmir:
"Bu, həm gülməli, həm də maraqlı bir haldır. Belə pullar müxtəlif yerlərdə, o cümlədən xarici ölkələrdə də buraxılır. Əgər üzərində "etibarsızdır" yazılıbsa, bu, artıq saxta pul deyil, çünki məqsəd onu dövriyyəyə buraxmaq yox, daha çox əyləncə və ya suvenir kimi təqdim etməkdir. Əgər şəxs özü etiraf edirsə ki, bu pulu dəyişib, sual yaranır: sən kimsən ki, pul dəyişirsən? Belə olan halda bu, artıq qanunsuz sahibkarlıq fəaliyyətidir. Yəni lisenziyasız şəkildə valyuta mübadiləsi aparılıbsa, bu, hüquq pozuntusudur və həmin şəxs məsuliyyətə cəlb olunmalıdır".
Ə.Həsənov qeyd edib ki, əgər tərəflər arasında sadəcə adi bir alqı-satqı baş veribsə və "etibarsız" dollar əşya və ya suvenir kimi satılıbsa, bu zaman məsuliyyət məsələsi yaranmır:
"Əgər deyirlər ki, pul dəyişilməyib, sadəcə bu "dollar" suvenir kimi təqdim olunub və qarşı tərəf də bunu bu şəkildə qəbul edib, o zaman bu, adi alqı-satqıdır. Burada nə dələduzluq, nə də saxta pul dövriyyəsi var. Əgər hər iki tərəf etiraf edirsə ki, bu, real valyuta mübadiləsi olub, bu zaman biri qanunsuz valyuta əməliyyatı, digəri isə dələduzluq cəhdi ilə üz-üzə qala bilər".
Hüquqşünas vurğulayıb ki, "etibarsız" pulların suvenir və ya zarafat məqsədilə yayılması hüquqi baxımdan problem yaratmır. Lakin onların dövriyyəyə buraxılması və valyuta kimi istifadə olunması hüquqi məsuliyyətə səbəb ola bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.