banner
banner

Mədənİyyət

Azərbaycanda professor vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov vəfat edib.

Reza Deqatidən Qanlı Yanvar xatirələri: “Bakıya gizli yolla gəldim” -FOTO

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati sosial şəbəkə hesabından Qanlı Yanvar hadisələri ilə bağlı paylaşım edib. Yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan danışan fotoqraf həmin günlə bağlı xatirələrini də bölüşüb.

Musiqi irsimizin elm cığırını açan XANIMƏFƏNDİ

Xurşid xanım Həsən Bəy qızı Ağayeva (1906–1953) ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi, öz dövrünün görkəmli ziyalılarından biri olmuşdur. O, tanınmış ailənin övladı idi. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyətinin ilk sədrinin birinci müavini olmuş Həsən Bəy Ağayevin qızı Xurşid Ağayeva, musiqi nəzəriyyəsi tariximizə adı daxil olan ilk qadın musiqişünasdır. Dahi bəstəkar Üzeyir Bəy Hacıbəyli haqqında yazdığı ilk monoqrafiya alimin adını əbədiləşdirmişdir.

Qətərdə Nizami haqda kitabın təqdimatı keçirildi - Fotolar

Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan povilyonunda dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən ərəb dilinə tərcümə olunaraq çap olunmuş nəşrinin təqdimatı olub.

Aydın Balayevin “Azərbaycan türkləri” monoqrafiyası nəşr edilib

Tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri” monoqrafiyası nəşr edilib. JekoPrint Çap Evi tərəfindən çap edilən kitab Cənubi Qafqazda ən çoxsaylı millət olan Azərbaycan xalqının XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr olunub.