banner
banner

Mədənİyyət

Nazir Xalq artistinin evinə getdi

Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

“MƏHDUD RESURSLU” NAZİR... - Qarabağ haqqında filmə pul tapılmır, amma...

“Ssenarilər müsabiqəsi var və seçilən uğurlu ssenarinin əsasında da filmin çəkilişi olacaq. Biz çox filmlər çəkmək istərdik, amma bizdə olan məhdud resurslara görə Qarabağ haqqında bir vacib filmin çəkilməsini nəzərdə tuturuq...” Bunu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Gəncəyə səfəri zamanı jurnalistlərtə açıqlamasında deyib.

Məşhur aktyor 19 il sonra ekrana qayıdır

Məşhur amerikalı aktyor Kevin Kostner "Horizon" adlı vesterni (Amerikanın həyatını əks etdirən janr) ekranlaşdırmağa hazırlaşır. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor 19 ildən sonra ekranlara ilk dəfə rejissor kimi dönəcək, eyni zamanda, filmdə əsas obrazlardan birini canlandıracaq.

“Kitabi-Dədə Qorqud” dastanı özbək dilinə tərcüməsi başa çatıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi əsasında Azərbaycan şifahi xalq ədəbiyyatının şedevrlərindən olan, ən qədim yazılı abidə "Kitabi-Dədə Qorqud" dastanı Özbək dilinə tərcümə olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanına daxil olan on iki boyu Özbəkistanlı alim, tərcüman Babaxan Şarif Özbək dilinə çevirmişdir.

Azərbaycanlı alim Rusiyada yüksək vəzifəyə təyin edildi

Onkologiyanın yüksək texnoloji sahələri üzrə aparıcı ekspert, tibb elmləri doktoru, tanınmış rusiyalı cərrah və koloproktoloq Rasim Tamrazov Tümendə Tibb Şəhərinin rəhbərliyinə gətirilib. Bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.