banner
banner

Şou

Andrea Martinin ölüm səbəbi hələlik məlum deyil.

Amerikalı R&B ifaçısı, bəstəkar və səs prodüseri Andrea Martin vəfat edib. Cia.az BBC-yə istinadən xəbər verir ki, o, 49 yaşında dünyasını dəyişib. Müğənninin ölüm səbəbi hələlik məlum deyil.

Avroviziya qalibi olan türkiyəli müğənni xəstəxanalıq oldu -FOTO

Türkiyəli məşhur müğənni Sertap Erener xəstəxanaya yerləşdirilib. Erener “Instagram” hesabından vəziyyəti ilə bağlı ilk açıqlamanı verib. “Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Xəstəxanadayam, müalicə alıram. Yenidən görüşərik”, - deyə o bildirib.

Meyxanaçı Samirə taksiyə vida, toylara “gəlirəm” dedi

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirərək pul qazanmaq üçün taksi sürməyə başlamışdı. Hətta söz ustadı evini də satışa çıxarmışdı.

Məşhur supermodel onu eybəcərləşdirən prosedurdan danışdı -

90-cı illərin top-modelləri fəal şəkildə podiumlara çıxdığı və bədən quruluşları ilə heyrətləndirdiyi dövrdə, onların arasında ən cazibədarı sayılan Linda Evanqelista “radarlardan” itib. Bunun dramatik izahı var imiş. Məlum olub ki, beş il əvvəl Linda onu eybəcər hala salan uğursuz prosedurdan keçib. Model bu barədə özünün “Instagram” səhifəsində açıqlama verib.

İbrahim Tatlısəsə həbs cəzası verildi

Müğənni İbrahim Tatlısəsin "Tatlıses TV"nin baş meneceri olaraq çalışan Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi iddia olunub. 4 ilə qədər həbs cəzasına məhkum edilməsi gözlənilən şikayətlə bağlı yekun qərar verilib.

Nazilə Səfərli yenidən ana olacaq

Bir müddət əvvəl həyat yoldaşı ilə ayrıldığı iddia edilən tanınmış şairə Nazilə Səfərli 22 il sonra yenidən ana olmağa hazırlaşır. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.