banner
banner

Dünya

YPG/PKK işğal etdiyi yerlərdə təhsil terroru əsdirir

YPG/PKK işğal etdiyi yerlərdə təhsil terroru əsdirir

Terror təşkilatı YPG/PKK Suriyanın şimalında, işğal etdiyi bğlgələrdə əsl təhsil terroru həyata keçirir.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilat şagirdləri PKK təbliğatından uzaq tutmaq istəyən müəllimlərin hamısını işlədikləri yerlərdən qovub.

Suriyanın Qamışlı bölgəsindəki yerli mənbələrin verdikləri məlumatlara əsasən, PKK öz övladlarına PKK-nın istədiyi ideoloji çərçivədə təhsil verməyib özəl məktəblərə göndərən 6 müəllimi cəzalandırıb.

Terrorçuların bənzər şəkildə davranan məmurların da öz vəzifələrinə son verəcəyi bildirilir.

Gələn xəbərlərdə YPG/PKK-nın 3 ildir işğal etdiyi rayonlarda şagirdlərə etnik mənsubiyəti (kürdçülük) əsas alan, militarist və İslam dini əleyhinə xüsusi dərslər keçrilməsi tapşırılıb. Uşaqlarını bu cür “təhsil ocaqlar”ında oxutmaq istəməyən valideynlərin çox olduğu deyilir. Lakin təşkilat ölkədəki özəl məktəblərə təzyiq gostərərk, onları təhdid edir və qapılarına qıfıl vurur.

PKK-nın Suriyanın şimalında orta məktəb təhsilinə dəstək verən bir çox özəl tədris müəssislərini qapatdığı bəlli olub.

Bundan başqa, Suriyada yaşayan yerli süryani xalqına mənsub bütün məktəblər bağlanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.