Macarıstan bu tarixdə Rusiya qaz və neftindən imtina edəcək
Macarıstan Rusiya qazından və ehtimal ki, neftindən də imtina etməyə hazırlaşır.
Cia.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Anita Orban deyib. O, bildirib ki, ölkə Avropa İttifaqının Rusiya qazının tədricən dayandırılması üçün son tarixinə (30 sentyabr 2027-ci il) əməl edəcək. Macarıstandan başqa, bu son tarix yalnız iki Aİ ölkəsinə - Slovakiya və Yunanıstana aiddir.
Bundan əlavə, Orbanın sözlərinə görə, Budapeşt alternativ neft mənbələri axtarır, çünki Rusiya şirkətlərindən Lukoil və Rosneft-dən alış-verişə icazə verən ABŞ sanksiyalarından müvəqqəti güzəşt 21 noyabrda başa çatır.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.
Dünya ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazında ciddi insident baş verib. İçərisində minlərlə elektronika məhsulu olan yük gəmisi minaya düşüb.