banner
banner

Dünya

TƏCİLİ! Qardaş ölkədə dəhşətli faciə - Ölənlərin sayı artır

TƏCİLİ! Qardaş ölkədə dəhşətli faciə -

Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.

Cia.az xəbər verir ki, noyabrın 9-da İzmirin Aliağa rayonunda baş verən faciə barədə Türkiyə mətbuatı məlumat yayıb.

Son məlumatlara əsasən, yaralılardan 3-nün vəziyyəti ağırdır. Partlayış nəticəsində dağıntılar altında qalan işçilərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İlkin məlumatlarda 3 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi. Daha sonra ölənlərin sayı 6-ya yüksəlib, yaralıların sayı isə 13 nəfər olaraq yenilənib.

Hadisə yerli vaxtla saat 12:00 radələrində müəssisənin polad istehsalı sahəsində baş verib.

İzmir Valiliyinin ilkin məlumatına görə, partlayışın maye poladın tökülməsi zamanı tavan kranının qoparaq elektrik qövs sobasına düşməsi nəticəsində baş verdiyi ehtimal olunur.

Güclü partlayışdan sonra müəssisədə yanğın başlayıb. Zavodun ərazisindən qalxan qatı tüstü ətraf ərazilərdən də müşahidə edilib.

Hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım briqadası, polis və AFAD-ın axtarış-xilasetmə qrupları göndərilib.

"Anadolu" agentliyinə danışan hadisə şahidi Nuri Ali Ülker partlayışın son dərəcə güclü olduğunu, ətrafda yerin titrədiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə güclü partlayış səsi eşidilib, ardınca zavodun üzərində toz və tüstü buludu yaranıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi hadisə ilə bağlı açıqlama verərək bütün aidiyyəti qurumların ərazidə koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini bildirib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.

TƏCİLİ! Rusiya ilə Ukrayna RAZILIĞA GƏLDİ

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.