banner
banner

Sosİal

I sinifə elektron qəbul başladı - SİYAHI

I sinifə elektron qəbul başladı

Lisey və gimnaziyaların I sinfinə elektron qəbul başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 15-dən etibarən valideynlər (və ya qanuni nümayəndə) Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri ilə yanaşı elektron sistem vasitəsilə qəbulu müsabiqə əsasında aparılan müəssisələr, lisey və gimnaziyalara da müraciət edə bilirlər.

Belə ki, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Valideynlər aşağıda adları qeyd edilən lisey və gimnaziyalara elektron müraciət edə bilərlər:

1. “Ankara məktəbi” məktəb lisey
2. BSU Məktəb Lisey Kompleksi
3. Bülbül adına orta ixtisas musiqi məktəbi
4. Bakı Avropa liseyi
5. Heydər Əliyev adına lisey
6. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey
7. İ.Hacıyeva adına “Tərəqqi” liseyi
8. 132-134 nömrəli təhsil kompleksi
9. İ.Əfəndiyev adına Elitar Gimnaziya
10. “Zəngi” liseyi
11. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət gimnaziyası
12. Humanitar Fənlər təmayüllü məktəb-lisey
13. 23 nömrəli tam orta məktəb
14. 287 nömrəli Zəkalar liseyi
15. 291 nömrəli Ekologiya liseyi
16. 160 nömrəli Klassik Gimnaziya




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.