Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
Cia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, 16 yaşına çatmış şəxslərə şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikləri halda təkrar şəhadətnamə və ya arayış verilə bilər.
Bununla yanaşı, valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşaqları ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi nəzərdə tutulmur.
Nikah pozulduğu halda isə qeydiyyat şəhadətnaməsinin təkrar nüsxəsi verilmir. Lakin gələcəkdə keçmiş ər və ya arvadın müraciəti əsasında ona müvafiq arayış təqdim edilə bilər.
Həmçinin, vəfat etmiş şəxslər barədə doğum haqqında şəhadətnamə deyil, müvafiq arayış verilir. Ölüm haqqında təkrar şəhadətnamə və arayış isə vəfat etmiş şəxsin yaxın qohumlarına təqdim olunur.
Qeyd edək ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı sənədlərin təkrar verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlara dövlət büdcəsindən və ya müvafiq fondlardan müəyyən həyat hadisələri, xüsusi xidmətlər və ya sosial dəstək məqsədilə birdəfəlik ödənişlər təyin edilir.
Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərinin aylıq vəzifə maaşı 3600 manat, rəhbərin müavininin aylıq vəzifə maaşı 3115 manat məbləğində müəyyən edilib.