Avrokomissar: Macarıstan, Polşa, İtaliya və Rumıniya Aİ-ni dağıtmaq istəyir
Macarıstan, Polşa, İtaliya və Rumıniya Avropa İttifaqını dağıtmaq istəyir.
Trend-in məlumatına görə, bunu büdcə və insan resursları üzrə Avropa komissarı Günter Ettinger deyib.
O bəyan edib ki, Aİ-ni zəiflətmək istəyən ölkələr var:
“Fikrimcə, Avropa İttifaqı layihəsi ölüm təhlükəsi ilə üz-üzədir. Avropada bəzi ölkələr, Macarıstan, Polşa, Rumıniya və İtaliya hökuməti Aİ-ni zəiflətmək, hətta məhv etmək istəyir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.