Hər il milyonlarla manat pul qazanan “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova nədənsə sahibi olduğu mərkəzdə çalışan insanların həyatı ilə maraqlanmır. Cia.az saytına daxil olan məlumata görə illərdir ki, fəaliyyət göstərən ticarət mərkəzinin bu günə qədər nə havalandırma sistemi nə də yanğın zamanı həyacan siqnalı verən avadanlıqları yoxdur. Ekspertlər hesab edir ki, bunların olmaması mərkəzdə çalışan insanların həyatı üçün çox ciddi təhlükədir. Bir il öncə Rusiyada fəaliyyət göstərən ticarət mərkəzlərindən birində də belə avadanlıqlar olmamışdır və başlanan yanğının qarşısını almaq mümkün olmadığından onlarla insane həyatını itirdi və həmən ticarət mərkəzinin məsul şəxsləri indi də həbsdədir. Görünür bundan dərs almayan Kəbirə Məmmədova əlavə pul xərçləmək niyyətində deyil və müəyyən şəxslərə ildə 20-30 min manat ödəməklə vəziyyətdən çıxır. Cia.az saytına daxil olan məlumata görə bu sistemləri qurmaq üçün lisenziyası olan “Safe Life” şirkəti fəaliyyət göstərir və onlar bu işi FHN-lə birgə həyata keçirirlər. Amma sistemin qurulması üçün gərək müəssisələrin özləri müraciət etsinlər və lazımi məbləği rəsmi şəkildə ödəsinlər. Kəbirə Məmmədova isə deyəsən pul sevgisindən bu addımı atmır. Bunu da deyək ki, qanunvericiliyə görə belə sistemləri olmayan müəssisələrin fəaliyyəti yasaqdır. Maraqlıdır, FHN nədən bu mərkəzin fəaliyyətinə hələ də yasaq qoymayıb?. Araşdırmamızı gözləyin.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.