banner
banner

Sosİal

Taleh Xasməmmədovun həyatı təhlükədədir?

Taleh Xasməmmədovun həyatı təhlükədədir?

Həbs olunan hüquq müdafiəçisinin qanında zəhərlənmənin getdiyi bildirilir

Bir müddət əvvəl həbs olunan tanınmış hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Taleh Xasməmmədov uzun müddət həbsxanada qalarsa, onun həyatı üçün ölümcül təhlükə yarana bilər.

JAM.AZ xəbər verir ki, bunu hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova bildirib. O, bildirir ki, İranda aldığı sonuncu müalicə kursundan sonra həkimlər ona qəti şəkildə tapşırıb ki, prosesi mütəmadi olaraq davam etdirsin: «Onun qanında güclü zəhərlənmə gedir. Vaxtaşırı müalicə almasa, ölə bilər».

G.Xasməmmədova daha sonra bildirir ki, bu gün İşçi Qrupunun iclasıdır və məhz həmin məqsədlə dövlət başçısına oğlunun azad olunması üçün müraciət edir: «Oğluma aid diaqnoz sənədlərini də İşçi Qrupuna göndərmişik. Xahişimiz odur ki, Taleh ev dustaqlığına buraxılsın».

Xatırladaq ki, Taleh Xasməmmədov Göyçay polisi tərəfindən saxlanılıb. Ona qarşı xuliqanlıq iddiası irəli sürülüb.

Onun həbs edilməsinə səbəb kimi isə yerli icra hakimiyyətini sərt şəkildə tənqid etməsi göstərilir. Məhz bu səbəbdən də şərləndiyi iddia olunur.

Qeyd edək ki, T.Xasməmmədov daha əvvəl də həbs edilmişdi. O, vicdan məhbusu statusunda prezidentin sərəncamı ilə azadlığa buraxılmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.