banner
banner

Sosİal

Bakıda əhaliyə xəbərdarlıq!

Bakıda əhaliyə xəbərdarlıq!

Bu gün İlaxır çərşənbə ilə bağlı keçiriləcək tədbirlə əlaqədar paytaxtın mərkəzi yollarından biri bağlanacaq.

ANS PRESS-in məlumatına görə, Bakı şəhər İcra Hakimiyyəti bu barədə sürücülərə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir Konstitusiya Məhkəməsinin və Qoşa Qala qapısının qarşısında, Gənclər meydanında İlaxır çərşənbə günü münasibətilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq bayram konsertinin keçirilməsi ilə bağlı İstiqlaliyyət küçəsi və Azərbaycan prospektinin kəsişdiyi yerdən Əziz Əliyev küçəsi istiqamətinə gedən yol bu gün gecə saatlarına qədər bağlı olacaq. 

İH-dən ANS PRESS-ə verilən məlumata görə, xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvanla Suraxanı rayonu Atəşgah məbədinə hərəkət edəcək. Milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq. 

İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları konsertə və atəşfəşanlığa dəvət edir. 
Bayramınız mübarək olsun !



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.