banner
banner

Dünya

Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib

Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib

Pentaqon rəhbəri Ceyms Mettis istefası haqqında yayılan şayiələri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

"Mən (bu barədə xəbərləri – red) ciddi qəbul etməzdim. Şayiələrə yumorla yanaşın", - deyə ABŞ-ın müdafiə naziri bildirib.

Qeyd edək ki, Mettisin istefya gedəcəyi barədə xəbəri "The New York Times" yayıb. Müdafiə nazirinə bu haqda sualı da həmin mətbu orqan ünvanlayıb.

Bir qədər əvvəl yayılan xəbərdə bildirilirdi ki, prezident Donald Tramp noyabrın ortasında baş tutacaq seçkilərdən sonra Mettisin istefası barədə düşünür. Ağ Ev rəhbərinin özü də bu barədə xəbəri təkzib edib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.