Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka 4 günlük səfərə gəlib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Con Kenedi adına beynəlxalq hava limanında Rəcəb Tayyib Ərdoğanı və onun xanımı Əminə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ferudin Siniroğlu, Türkiyənin ABŞ-dakı safiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsun Ertan Yalçın qarşılayıblar.
Nyu-Yorka səfər zamanı Türkiyə prezidentini xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiyalar naziri Mustafa Varank, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Rusxar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin mətbua katibi İbrahim Kalın və digərləri müşaiyət edirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.