banner
banner

Sosİal

Ülkər İsayeva danışdı

Ülkər İsayeva danışdı

Bir neçə gün öncə küçədə döyülən "Xəzər" universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva sosial şəbəkələrdə döyülməsindən danışıb. 

"Cia.az" xəbər verir ki, xanım İsayeva ona görə narahat olanlara təşəkkürünü bildirib:

"Provakativ xəbərlərə çox inanmayın. Hər şey yaxşıdır. Mən ölməmişəm, sağam, sağlamam. Bütün hamıya cavab verməyi çatdırmıram. Narahat olduğunuz üçün təşəkkür edirəm".

Qeyd edək ki, martın 9-u Ü. İsayeva Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında  sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu  Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri  90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY”  markalı avtomobildən  zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla  zərbələr endirmişlər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra  Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla  taksi maşınından düşürdülərək  yerlə sürülmüş təkrarən əl və ayaqla zərbələr yetirmişlər. Bu zaman  vətəndaşların müdaxiləsindən sonra  Ü. İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı  minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalmışdır.

Həmin kadrları bir daha təqdim edirik:



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.