banner
banner

Sosİal

Bayram gününə kimi əfv olacaq

Bayram gününə kimi əfv olacaq
Novruz Bayramına sayılı günlər qaldığı bir vaxtda əfv fərmanının imzalanacağı ilə bağlı ümidverici məlumatlar yayılır. Nə Prezident yanında Əfv Məsələləri Komissiyasından, nə də İnsan Haqları üzrə Birgə İşçi Qrupundan rəsmi açıqlama olmasa da, hər iki qurumun üzvləri əfv olacağını bildirirlər.  
Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Bizimyol.info saytına deyib ki, Novruz bayramı münasibətilə imzalanması gözlənilən əfv fərmanı ilə əlaqədar Birgə İşçi Qrupunun siyahısı artıq Əfv Komissiyasına təqdim olunub. O bildirdi ki, İşçi Qrupunun toplantısı hələlik keçirilməyib: "İşçi Qrupunun xaricdən gələn qonaqlarla görüşü var idi. Buna görə də hələlik toplanmayıb. Ancaq bizim siyahımızda olan bütün məhbusların adını əfv komissiyasına təqdim etmişik. Əfvlə əlaqədar olaraq dövlət başçısının adına müraciət göndərmişik. Ümid edirik ki, hamısı əfv olunacaq". 
 
Qeyd edək ki, Birgə İşçi Qrupunun siyahısında, əsasən bir çox beynəlxalq təşkilatlar tərəfindən vicdan və siyasi məhbus kimi tanınan şəxslər yer alır. Birgə İşçi Qrupunun dekabr ayında Əfv Komissiyasına təqdim etdiyi siyahıdan 10 məhbus azadlığa çıxmışdı. 
 
Hazırda əfv edilməsi üçün müraciət edilmiş şəxslərin siyahısında REAL partiyasının sədri İlqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, NİDA vətəndaş hərəkatının üzvləri, SMDTM sədri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı, jurnalist Pərviz Həşimli və digər siyasi fəalların adları da var. 
 
Qeyd edək ki, Birgə İşçi Qrupunda hökumət və parlamentin, habelə QHT-lərin nümayəndələri fəaliyyət göstərirlər. Ötən ilin oktyabrında yaradılan qrupun həmsədrləri deputat Səməd Seyidov və Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdur. 
Dünən Əfv komissiyanın üzvü, Xalq şairi Zəlimxan Yaqub azvision.az saytına bildirib ki, bayram gününə kimi əfv sərəncamı olacaq: "Hörmətli Prezidentimiz bayram günü məhkumları əfv edəcək. Prezident yanında Əfv Komissiyasının iclasları davam edir. Biz də orda iştirak edirik. Əfv olunacaq məhkumların sayı ilə bağlı indi heç nə deyə bilmərəm. Müzakirələr gedir. Allah bağışlayanı biz də bağışlayırıq. Allah bağışlamayanı biz də bağışlamırıq. Əfv sərəncamı bir həftə ərzində olacaq. Bütün işlər Prezidentimizdən asılıdır. Biz icraçıyıq. Əminəm ki, məhkumların ailələri bayramda sevinəcəklər".
 
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Komissiya üzvləri nazirlər, deputatlar və ziyalılardan ibarətdir. 
 
Xatırladaq ki, son əfv sərəncamı 2014-cü ilin 29 dekabrında imzalanıb. Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşına və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub. Əfv olunan siyasi məhbuslar arasında "Nida" Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.