Türkiyədə fəaliyyət göstərən model-aktrisa Günay Musayeva "İstanbul Fashion Week"də iştirak edəcək.
Axşam.az-ın məlumatına görə, həmyerlimiz eyni zamanda Kipr Universiteti tərəfindən mükafatlandırılıb. Universitet tələbələri arasında keçirilmiş qapalı səsverməylə Günay "İlin ən yaxşı modeli" seçilib.
Bu yaxınlada Bakıda qonaq olan və “Baku Fashion Nights”da podiuma çıxan G.Musayeva martın 22-də yenidən şəhərimizin qonağı olacaq. O, rol aldığı “Kod adı K.O.Z” filminin Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsində media nümayəndələri ilə görüşəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.