Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb.
Sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:
"İki nəfər şəxs mənim ünvanıma nalayiq sözlər ifadə etdilər. Sonra isə həmin iki nəfər tərəfindən köməksiz vəziyyətimdən istifadə edərək döyüldüm, fiziki zorakılığa məruz qaldım. Alnım şişib, gözümün altı göyərib, bədənim qollarım hematoma olub, barmağım isə travma alıb".
Pəriyar Məmmədova hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib və təqsirkarların tapılmasını istəyib./axsam.az/
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.
Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərli ilə barışması haqda xəbərlərə münasibət bildirmək istəməyib.cia.az Axşam.az-a istinadən xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi aparıcının "Bildiyimə görə Roza və Elza xanımın arasında barışıq addımı var" sözlərinə belə cavab verib: