banner
banner

Gündəm

İranın xarici borcu nə qədərdir?

İranın xarici borcu nə qədərdir?

İranın Mərkəzi Bankının son statistikasına əsasən ölkənin 11 milyard 885 milyon dollar xarici borcu var.

Trend-in Mərkəzi bankın yayımladığı iqtisadi statistikaya əsasən məlumatına görə, İran təqvimi ilə bu ilin ilk üç ayında 3 milyard 957 milyon dollar qısamüddətli, 6 milyard 484 milyon dollar ortamüddətli və uzunmüddətli borcu olub. Həmin rəqəmə 1 milyard 444 milyon dollar gecikmiş vəsaiti əlavə olunarsa, 11 milyard 885 milyon dollar borca çatır.

İqtisadi ekspertlərin rəyinə əsasən, qlobal baxımdan bir ölkənin borcunun artması o ölkənin münasib maliyyə gücü hesab olunur. Xarici borcun sürətlə artması effektiv idarəçilik və sadələşdirmə ilə yanaşı olarsa, digər ölkələrlə ticarət və iqtisadi anlaşmaların müsbət perspektivini əks etdirəcək.

 

Həmçinin qeyd olunan müddət ərzində İranın qeyri-neft ixracı 10 milyard 60 milyon dollar və idxalı isə 11 milyard 253 milyon dollara çatıb. Neft idxalını hesablamaqla İran bu il yazda 29 milyard 336 milyon dollar dəyərində məhsul ixrac edib və idxal etdiyi məhsulun dəyəri isə 16 milyard 253 milyon dollar olub.

Mərkəzi Bankın xarici borclarla əlaqədar məlumatında qeyd olunur ki, iyun ayının ortalarına qədər İranın 3 milyard 957 milyon qısa müddətli, 6 milyard 484 milyon dollar orta müddətli və uzun müddətli borcu olub. Həmin rəqəmə 1 milyard 444 milyon dollar gecikmiş vəsaiti əlavə olunarsa, 11 milyard 885 milyon dollar borca çatır.

İqtisadi ekspertlərin rəyinə əsasən, qlobal baxımdan bir ölkənin borcunun artması o ölkənin münasib maliyyə gücü hesab olunur. Xarici borcun sürətlə artması effektiv idarəçilik və sadələşdirmə ilə yanaşı olarsa, digər ölkələrlə ticarət və iqtisadi anlaşmaların müsbət perspektivini əks etdirəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.