banner
banner

Sağlamlıq

Uzunömürlülüyün dietası tərtib olundu – Siz də bu üsulu seçin

Uzunömürlülüyün dietası tərtib olundu

Uzun ömürlülük qidasının əsasını iltihabəleyhinə qidalar təşkil edir. Çünki orqanizmdə nə qədər az iltihab və iltihablı orqan olsa, insan bir o qədər sağlam olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, İsveçin Karolin İnstitutunun epidemioloqları maraqlı bir araşdırma apararaq, dietanı yoxlayıblar.
İnsanlarda çox rast gəlinən diabet, piylənmə, ürək-damar xəstəlikləri, bir sıra onkoloji xəstəliiklər xroniki iltihabın nəticəsidir.

İltihab əleyhinə pəhrizə bu qidalar daxildir: yaşıl rəngli tərəvəzlər, giləmeyvələr, qara üzüm, brokkoli, gül kələmi, lobya, mərci, paxlalılar, yaşıl çay, qəhvə, avokado, zeytun yağı, qoz, badam, acı şokolad.
Az miqdarda qırmızı şərab, pivə, darçın, sarıkök, balıq da olar.

Tamamilə olmaz: transyağlar, qırmızı ət, fastfood, şirin içkilər, ağ çörək, çips, kreker, hazır şirniyyat, konfetlər, soya, bitki yağları, alkoqol.
Elmi araşdırmada 16 il ərzində 60 000 insanın qidası, xəstəlikləri, həyat tərzi haqqında qeydlər təhlil olunub. Analizlər göstərdi ki, onlardan 16.000 erkən ölüb. Onların qidasında iltihab yaradan zərərli ərzaqlar  çoxluq təşkil edirdi. Yaşı 80-ə çatmış pasiyentlərin 45%-i iltihabəleyhinə pəhrizə yaxın qidalanırdılar.

 

Tədqiqatlar sübut etdi ki, hətta qismən belə iltihabəleyhinə qidaya keçid insanın sağlamlığına müsbət təsir edir. Xüsusən siqaret çəkənlər, diabet xəstələri, alkoqol içənlər üçün bu pəhriz əvəzsizdir.

Bu pəhrizə riayət edənlərdə hər hansı səbəbdən qəfil və erkən ölüm riski 30%, ürək-damar xəstəliklərindən ölüm 36%, xərçəngdən ölüm isə 23% azalır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.