Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Qatıq, qara zirə, qırmızı bibər, zeytun yağı və limon suyunun birləşməsindən hazırlanan bu qarışım arıqlama prosesində alternativ ara yemək kimi təklif olunur.
Qarışım necə hazırlanır?
Resepti hazırlamaq üçün aşağıdakı ərzaqlar tələb olunur:
3 xörək qaşığı qatıq;
1 çay qaşığı qara zirə;
1 çay qaşığı pul bibər (qırmızı istiot);
1 çay qaşığı zeytun yağı;
Yarım limonun suyu.
Bütün inqrediyentlər kiçik bir qabda yaxşıca qarışdırılır. Hazır qarışım ara yemək zamanı və ya axşam yeməyindən sonra istehlak edilə bilər.
Bu qarışım qarın piylərini əridirmi?
Qatıq tərkibindəki zülal sayəsində toxluq hissinin yaranmasına kömək edə bilər. Qara zirə, qırmızı bibər, zeytun yağı və limon da gündəlik qidalanmada istifadə olunan məhsullardandır.
Bununla belə, mütəxəssislərin diqqət çəkdiyi əsas məqam odur ki, bədənin yalnız qarın nahiyəsindəki piyləri əridən konkret bir qida və ya qarışım mövcud deyil. Çəki itkisi gündəlik qəbul edilən kalorinin miqdarı, fiziki aktivlik, yuxu rejimi və ümumi qidalanma vərdişlərindən asılıdır.
Arıqlama prosesində nələrə diqqət edilməlidir?
Çəkinin müəyyən müddət ərzində azalmaması hər zaman yağ itkisi prosesinin dayandığı anlamına gəlmir. Orqanizmdəki su miqdarı, hormonal dəyişikliklər, duz istehlakı və gündəlik hərəkətlilik də tərəzidəki nəticəyə təsir göstərə bilər.
Davamlı çəki nəzarəti üçün yalnız bir reseptə güvənmək əvəzinə balanslı qidalanmaq, müntəzəm fiziki aktiv olmaq və kifayət qədər yatmaq vacibdir.//Metbuat.az
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.