banner
banner

Şou

Əkizlər Türkiyədə klip çəkəcək

Əkizlər Türkiyədə klip çəkəcək

Əkiz Sevil Sevinc bacıları yeni yaradıcılıq işlərindən söhbət açıblar.

“Qafqazinfo”ya açıqlamasında bacılar Tarkan və Sibel Canın musiqiçiləri ilə çalışdıqlarını bildiriblər:

“Oktyabrın 30-u Türkiyəyə gedirik, orada söz və musiqisi Tural Bayraməliyevə məxsus mahnıya klip çəkdirəcəyik. Bəstəyə Nazim ekran həyatı verəcək. Geyimlərimiz, məkanlar seçilib. Bizi görmədiyiniz stildə görəcəksiniz. Mahnı həm pop, həm rok janrındadı. Noyabrın 11-i doğum günümüzdür, həm klipimizi təqdim edəcəyik, həm də doğum günümüzü möhtəşəm qeyd edəcəyik. Mahnı fərqli aranjeman edilib. “Ürəyim”i Sibel Canın orkestrı arenjeman etmişdi, bu bəstənin üzərində isə müxtəlif orkestrların ən yaxşıları işləyib. Sibel Canın, Tarkanın orkestrlarının ən yaxşı musiqiçiləri çalışıb. Qiymət açıqlamağı sevmirik, onu deyə bilərik ki, bahalı layihə oldu və səbrsizliklə gözləyirik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.