Müğənni Berkayın burnunu sındıran futbolçu Arda Turanın cəzası açıqlanıb.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, “Başakşehir” futbol klubu Ardaya 2 milyon 500 min türk lirəsi (Təxminən 735 min AZN) pul cəzası verib.
“İdarə heyətimiz 15.10.2018 tarixində 19:30-da toplanıb və Arda Turan haqda bu qərarı qəbul etmişik:
Milli komandanın oyunları səbəbi ilə 3 günlük icazə zamanı futbolçumuzun etdiyi iddia edilən və mediada yazılanların klubla etik və professional cəhətdən heç bir əlaqəsi olmadığını bildirmək istəyirik.
Ona 2 milyon 500 min pul cəzası verdik. Futbolçunun peşə öhdəliyinin məhkəmə qərarı açıqlanana qədər davam edəcəyini ictimaiyyətə bildiririk”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.