banner
banner

Sosİal

Qubada sinaqoqu hansı məmur özəlləşdirib?

Qubada sinaqoqu hansı məmur özəlləşdirib?

Parlamentin dünənki iclasında gözlənilmədən Qubadan deputat seçilmiş yəhudi əslli Yevda Abramov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova sürpriz olan açıqlamada bulunub.

Deputat bildirdi ki, Kərəm Həsənovun Qubadakı işçiləri onu aldadaraq, daha doğrusu, ondan xəbərsiz sinaqoqu qanunsuz yolla özəlləşdiriblər. Deputat elə zaldaca Kərəm Həsənova müraciət edərək məsələni nəzarətinə götürməsini, onu aldadan işçiləri barədə tədbir görülməsini istədi.

İclasadan dərhal sonra Moderator.az-a açıqlamasında Yevda Abramov bildirdi ki, elə zaldaca Kərəm Həsənov bu çıxışından sonra onunla görüşüb və məsələnin araşdırılacağına, təqsirkarların ciddi cəzalandırılacağına söz verib:

"O söz verdi ki, dəqiqliklə araşdıracam. Mən zalda dedim ki, Qubadakı nümayəndəniz sizi aldadıb. Belə çıxır ki, onlar sizə həmin binanın sinaqoq olduğunu qəsdən deməyiblər. Ona dedim ki, bu yaxınlarda rayonda yeni icra başçısının hesabat yığıncağında mən məsələni ictimailəşdirmişəm. Prezident Aparatının rayon üzrə kuratoruna da məlumat vermişəm ki, bu məsələ ilə çox ciddi məşğul olmaq lazımdır, çünki xalq çox narazıdır. Yəni bizim inanc yerimiz özəlləşdirilib, özü də bu zaman özəlləşdirmənin qanunları da pozulub. Ora qanuna görə Nazirlər Kabinetinin özəlləşdirilən obyektlərin siyahısında olmalı və elan edilməli olduğu halda bunu etməyiblər. Həmin binaların biri inanc yeridir, digəri isə unikal memarlıq nümunəsidir. Yəni dövlət qurumunun balansında olan binanın üst mərtəbəsi qalıb, alt mərtəbəsini özəlləşdiriblər. Buna kim icazə verib? Tutaq ki, sabah birinci mərtəbəni özəlləşdirmiş adam deyər ki, mən bunun daşını və divarını söküb satıram. O zaman ikinci mərtəbəni nəyin üstündə saxlayacaqlar? Elə hesabat yığıncağında da belə dedim ki, əgər bir adam bunu pul verib özəlləşdirbsə, deyəcək ki, kefim necə istəyir elə istifadə edəcəm və ya lazım gəlsə sökəcəm. Ona görə də məsələ camaatı çox narahat edir və ümid edirəm ki, komitə sədri ən qısa zamanda məsələni yoluna qoyacaq."



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.