banner
banner

Gündəm

Putin Telman İsmayılovu bağışlayacaqmı...

Putin Telman İsmayılovu bağışlayacaqmı...

Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Məktubda iş adamı iddia edir ki, keçmiş biznes tərəfdaşlarının qurbanı olub və onları korrupsiya əlaqələrində ittiham edib.

Mənbənin sözlərinə görə, 12 səhifəlik məktub Rusiya İstintaq Komitəsinin İsmayılova qarşı cinayətkar dəstə yaratmaq ittihamı irəli sürməyi planlaşdırması ilə əlaqəli ola bilər. “İstintaq zamanı İsmayılova qarşı cinayətkar dəstə təşkil etməklə bağlı qiyabi ittiham irəli sürülməsi üçün kifayət qədər sübut toplanıb. Bu, bir neçə gün ərzində baş verə bilər. Həmçinin indi İsmayılovun yaxın ətrafına qarşı aktiv iş aparılır. Bizim biznesmenin qardaşı Fazil İsmayılova az sualımız yoxdur, lakin o, sorğu-sual üçün hazırda əlçatan deyil”- deyə mənbə bildirib. 

İsmayılov məktubunda bildirir ki, “Çerkizov” bazarı bağlandıqdan sonra ədalətsiz situasiya ilə qarşı-qarşıya qalıb. Belə ki, onun kiçik partnyorlarına bizneslərini davam etdirmələri üçün digər iri meydanlar ayrılsa da, ona heç nə verilməyib. 

Bundan başqa, keçmiş tərəfdaşları əlaqələrindən istifadə edərək ona hücum etməyə başlayıblar, maliyyə durumunu sarsıdıblar. Hüquq-mühafizə orqanları xətti ilə təqib olunduğu üçün ölkəni tərk etməyə məcbur olub. Daha sonra isə iki nəfərin qətlində ittiham olunaraq axtarışa verilib.

İsmayılov eyni zamanda ona qarşı irəli sürülən cinayət ittihamını qəbul etmədiyini yazıb.

Bu məlumatdan sonra Putinin T.İsmayılovu bağışlayacağı, onunla bağlı məsələlərə yenidən baxacağı da səslənən suallar arasındadır. Rusiya prezidentinin izahat xarakterli məktuba cavabının necə olacağı da maraq doğuran məqamlardandır.

Image result for elxan şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, T. İsmayılov Putinin gözündə qırmızı cizgiləri aşıb. Onun fikrincə, Putin T.İsmayılovun Rusiyada qazandığı pulları Türkiyədə bahalı hotel tikintisinə xərcləməsini bağışlamadı: “Daha sonra Telman İsmayılovun Moskvadakı nəhəng ticarət mərkəzi söküldü, özünə qarşı isə cinayət işi açıldı. Telman İsmayılov insan oğurluğunda, müxtəlif zorakılıq hallarında və qətldə günahlandırıldı. Bu çox ağır ittihamlardır. Telman İsmayılovun bir məktubla bu günahlardan qurtulacağını güman etmirəm. Bunun üçün gərək Telman İsmayılov bütün varidatını Rusiyaya qaytarsın. Onun isə elə bir varidatı da qalmayıb. Hamısı ya dağılıb, ya da əlindən alınıb. Telman İsmayılovu lüks həyatı məhv etdi. Rusiya kasıbların çox olduğu ölkədir. Bu kasıblığın içində o, evini, maşınlarını, zinət əşyalarını, amerikalı müğənnilərə xərclədiyi milyonlarını nümayiş etdirirdi. Bu isə insanlar və daha sonra Rusiya hakimiyyətində ikrah hissi oyadırdı. Əlbəttə, Rusiyada Telman İsmayılovdan da varlı biznesmenlər və oliqarxlar var. Ancaq onların bir çoxu pullarını gizli xərcləməyə üstünlük verirlər. Putin reketliklə məşğul olan oliqarxlar, sevmir. Belələri ya neytrallaşdırılır, ya da Rusiyanı tərk etmək məcburiyyətində qalırlar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.