Ukraynalı müğənni Svetlana Loboda böyrəyindən təcili əməliyyat olunub. Bu barədə ifaçının mətbuat katibi Darya Burlakova məlumat verib.
O bildirib ki, Svetlana oktyabrın 25, 26 və 28-nə nəzərdə tutulmuş konsertlərinin məşqi zamanı halının pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndiriblər və dərhal əməliyyata götürüblər. "Yaxın bir neçə həftə ərzində Loboda ciddi yataq rejimində olmalıdır. Onun vəziyyəti hazırda normaldır", - deyə Burlakova vurğulayıb.
Mətbuat katibi onu da əlavə edib ki, oktyabr ayına planlaşdırılan konsertlər gələn ilin yanvar ayına təxirə salınıb. Daryanın sözlərinə görə, alınan bütün biletlər mübadilə etmədən yeni tarixlər üçün etibarlı sayılacaq.
Qeyd edək ki, S.Loboda bu ilin martında ikinci dəfə ana olub. O, övladını dünyaya gətirdikdən 2 həftə sonra səhnəyə çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.