Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən "Ebola" virusuna yoluxanların sayı 250 nəfərə çatıb. Trend-in məlumatına görə, yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir.
Məlumata görə, həmin şəxslərdən 162 nəfər artıq dünyasını dəyişib.
Xəstəliyə yoluxanlardan 67 nəfərin bu ölümcül xəstəlikdən yaxa qurtardığı bildirilir.
Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.