Bu dəfə aktrisa Ezgi Mola eşq xəbəri ilə gündəmə gəlib. Aktrisa uzun fasilədən sonra özünə sevgili tapıb. Ezgi idarəçi Mustafa Aksakallıya aşiq olub.
TV 8-də yayımlanan "Gel konuşalım" proqramında Eylem İpek Şafak Mola ilə bağlı gözlənilməz açıqlamalar verib. Şafak bu xəbəri etibarlı mənbədən aldığını bildirib. Mola son günlər hər yerdə şən davranışları ilə diqqət çəkir. Onun hələ münasibətini gizli yaşamaq istədiyi deyilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.