Ukraynada müharibə yenidən başlaya bilər. Bir qədər əvvəl Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbas regionuna xüsusi idarəetmə statusunun verilməsinə dair qəbul etdiyi qanun layihəsi ruspərəst üsyançıların xoşuna gəlməyib. Üsyançılar bildiriblər ki, qanun layihəsinə təktərəfli şəkildə dəyişiklik edilib. Bu isə, Minsk razılaşmasının pozulması deməkdir.
Yeni qanun layihəsində Donetsk və Luqanskda rəhbərliyin müəyyən edilməsi üçün yerli əhali arasında seçkilərin keçirilməsi nəzərdə tutulur. Lakin hazırkı Donbas liderlərinin seçkilərdə iştirakına isə səlahiyyət verilmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da rəhbərliyin Kiyevin istəyinə uyğun olaraq müəyyənlşdirməsinə qarşı çıxıb.
Ötən gün Avdeyevka şəhərində üsyançılar hökumət qüvvələrinin mövqelərini atəşə tutmağa başlayıblar. Ukraynalı əsgərlər ağır artilleriya zərbələrinə məruz qaldıqları barədə Kiyevə məruzə ediblər. Hazırda təmas xəttində vəziyyət gərgindir.//ANS
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.