Azərbaycanda 80 manat məbləğində aylıq Prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub.
Cia.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə 182 961 veteran Prezident təqaüdü alır.
Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 636 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir.
Təqaüd alan veteranların sayı 2025-ci 184 696, 2024-cü ildə 183 967, 2023-cü ildə 182 176, 2022-ci ildə 95 417, 2021-ci ildə isə 94 915 olub. 2021-2025-ci illər arasında onların sayı 2 dəfəyədək artıb.
Respublikanın rayonları arasında bölgü
Ölkə üzrə ən çox təqaüd alan veteran Qazax-Tovuz iqtisadi rayonunda qeydiyyatdadır. Belə ki, hazırda bu bölgədə təqaüd alanların sayı 19 431-dir. Təqaüd alanların say azlığına görə seçilən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Burada hazırda 4 988 nəfərə təqaüd verilir.
Təqaüd alan sakinlərinin sayının çoxluğuna görə ilk sıralarda Sumqayıt (6 087) və Gəncə (6 085) şəhərləri yer alır. Bu mənada ən aşağı göstəricilər isə Sədərək (339) və Xızı (348) rayonlarındadır.
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.
Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
“Müddətli həqiqi hərbi xidmət zamanı səhhətində problem yaranaraq “yararsız” hesab edilən və vaxtından əvvəl tərxis olunan şəxslərə müəyyən ödənişlər həyata keçirilir. Bu ödənişlər kompensasiya deyil, əsasən sığorta mexanizmi vasitəsilə təmin olunur”.