Azərbaycanda qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb.
Cia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliyi imzalayıb.
Belə ki, qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
Sinus taxikardiyası diaqnozu qoyulan şəxslərin hərbi xidmətə yararlı hesab edilib-edilməməsi ürək-damar sisteminin funksional vəziyyətindən və pozuntunun dərəcəsindən asılıdır.
Onurğa əyriliyinin müəyyən növləri və dərəcələri olan vətəndaşlar hərbi xidmətə yararlı hesab edilirlər. Bu zaman skolioz və kifozun mərhələsi nəzərə alınır
Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri son oxunuşda qəbul edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.