banner
banner

Hərbİ

ABŞ Ukrayna Milli Qvardiyaçılarına hərbi hazırlıq keçəcək

ABŞ Ukrayna Milli Qvardiyaçılarına hərbi hazırlıq keçəcək

Martın 18-də Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti bildirib.

Söhbət zamanı P.Poroşenko Donbasdakı vəziyyətdən, Ukrayna parlamentinin Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı normativ aktlar qəbul etməsindən bəhs edib. Co Bayden bildirib ki, ABŞ prezidenti Ukrayna Milli Qvardiyasının 780 hərbi qulluqçusuna məşqlərin keçirilməsi haqqında qərar qəbul edib.

“Martın sonlarında isə ölkənin müdafiə qabiliyyətini möhkəmləndirilməsi məqsədilə Ukraynaya hərbi avtomobillərin ilk partiyası çatdırılacaq”, deyə C.Bayden bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.