banner
banner

Sosİal

İcra başçısı şəhid ailələri ilə görüşdü

İcra başçısı şəhid ailələri ilə görüşdü

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibətilə Horadiz şəhərində şəhid ailələrinə və imtiyazlı ailələrə baş çəkib, onlara bayram sovqatları verib, problemləri ilə maraqlanıb, həmin ailələrlə birgə çay süfrəsi arxasında əyləşib. 

 

"Qafqazinfo"ya daxil olan məlumata görə, başçı Novruz bayramının paylaşmağın, yardımlaşmağın, qardaşlığın və əmin-amanlığın rəmzi olduğunu bildirib.

Alı Alıyev Horadiz şəhər sakinləri şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva və digərləri ilə söhbətində ölkə başçısının və onun xanımı Mehriban Əliyevanın şəhid ailələrinə, ehtiyacı olan insanlara, o cümlədən Füzuli rayonuna göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, insanların sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin ölkə başçısına, onun xanımına olan inamını gücləndirir, arzu olunan günlərin – işğal olunmuş torpaqlarımıza, Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır.

Şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva xalqımızın ən əziz bayramı olan Novruzda onları yada saldıqlarına, qayğıları ilə maraqlandıqlarına görə ölkə başçısına və onun xanımına minnətdarlıqlarını bildirib, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini vurğulayıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.