banner
banner

Sosİal

Sabirabadda işıq üsyanı

Sabirabadda işıq üsyanı

İki gündür elektrik enerjisi verilməyən kəndlərin sakinləri ayağa qalxdı

Sabirabadın 10-a yaxın kəndinin əhalisi dünən etiraz aksiyası keçiriblər. JAM.AZ-a verilən məlumata görə, rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşmağa çalışan sakinlərin etirazlarına səbəb iki gündür elektrik enerjisinin verilməməsidir.

Məlumatda deyilir ki, Sabirabad sakinləri məsələ ilə bağlı ilk olaraq yerli Elektrik Enerjisi Satışı İdarəsinə müraciət ediblər. Oradan onlara bildirilib ki, bəzi elektrik xətləri sıradan çıxdığı üçün təmir işləri aparılır. Lakin onlar problemin hansı ərazidə aparıldığı barədə məlumat verməkdən boyun qaçırıblar.

Elə rayon sakinləri də bundan şübhələnərək, etiraza əl atmaq məcburiyyətində qalıblar. JAM.AZ-a verilən məlumatda deyilir ki, sabirabadlılar sonradan dəqiqləşdiriblər ki, əslində, heç bir qəza baş verməyib. Əksinə, Sabirabad Elektrik Satışı İdarəsi son üç ay ərzində enerji sərfiyyatında yaranmış kəsiri ört-basdır etmək üçün əhalinin elektrikini kəsib.

Belə ki, Satış İdarəsi rayondakı ayrı-ayrı iaşə və digər obyektlərə satdığı elektrik enerjisinin pullarını alaraq, onları rəsmi qeydiyyata salmayıb. Yəni, aylıq haqq müqabilində məsələni öz aralarında həll ediblər. Rübün sonunda isə məlum olub ki, böyük kəsir yaranıb. Və bu boşluğu doldurmaq üçün həmin istifadə olunmuş və haqqı alınmış sərfiyyatı elektrik enerjisinin itkisi kimi sənədləşdirmək istəyiblər. Bunun üçün də kəndlərə verilən işığı kəsiblər. Özü də bayram günlərində.

Yazıda adı keçən ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.