56 yaşlı aktrisa Meq Rayan gizlicə ərə gedib. Bu haqda ingilis mediası xəbər yayıb. Bildirilib ki, aktrisanın seçimi 67 yaşlıs evgilisi Con Mellenkamp olub.
2011-ci ildən bu yana sevgili olan cütlük meqin Hindistandakı villasında nikah masasına oturub. Toya ancaq 20 adam dəvət edilib.
"Onlar bir-birindən ayrı yaşaya bilməyəcəklərini başa düşüblər. Toyda İsveç masası açılmışdı. Qonaqları əyləndirmək üçün musiqi qrupu çağrılmışdı. Gecədə Con Meqə həsr etdiyi yeni mahnısını da oxuyub" deyə, mənbə bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.