Bakının 214, 215, 189, 191,160, 106, 113 saylı marşrut avtobuslarında sərnişinlərdən 20 və 25 qəpik əvəzinə 30 qəpik alır.
CİA.Az-ın day.az saytına istinadən verdiyi məlumata görə, bu barədə paytaxt sakinləri şikayət ediblər.
Şikayətə görə 215 nömrəli marşrut avtobusunda gediş haqqının 25 qəpik olması ilə bağlı elan yerləşdirilib. Bu kimin xoşuna gəlmirsə, digər bir elanda göstərilən nömrəyə zəng vura bilər.
Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsilə əlaqə yaratdıq. İdarənin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, avtobuslarda gedişhaqqının artırıb yaxud azaldılmasını yalnız Taarif Şurası müəyyən edir.
“Hansısa sürücü gedişhaqqını süni şəkildə qaldırırsa, bu qanunsuzluqdur. Bu barədə Nəqliyyat Nazirliyinin “qaynar xətti”nə müraciət etmək lazımdır. Bu barədə mütləq araşdırma aparılacaq və günahkar sürücü cəzalandırılacaq”, - deyə Əmrah Cəfərov bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.