banner
banner

Dünya

Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb

Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb

Venesuelanın paytaxtı Karakasda milli polisin xüsusi təyinatlıları tərəfindən aparılan əməliyyat nəticəsində azı 7 nəfər öldürülüb, 60 nəfər saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin daxili işlər naziri Nestor Reverol bildirib.

Nazirin sözlərinə görə, əməliyyat quldurların zabitə hücum edərək silahını almaları və onun üz nahiyəsinə atəş açmalarından sonra həyata keçirilib.

"Globovision" kanalının məlumatına görə, ehtimal edilən cinayətkarların gizləndiyi bina polis tərəfindən mühasirəyə alınıb.

"Canilərdən bəziləri xüsusi təyinatlılarla silahlı toqquşmaya girib və 7 nəfər ölüb", - deyə Reverol bildirib.

Bundan əvvəl Venesuelada 51 məhbus həbsxanalardan qaçıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.