“Karib dənizinin quldurları” filminin qəhrəmanı aktyor və müğənni Coni Depp ötən gün son ekran işinin qala gecəsinə qatılıb.
O, “Fantastik canavarlar: Qrindelvol cinayətləri” (“Fantastic Beasts: The Crimes Of Grindelwald”) adli filminin Londondakı tədbirində görüntülənib.
Coni xarici görünüşü ilə diqqət çəkib. Belə ki, 55 yaşlı aktyoru görənlər onu tanımaqda çətinlik çəkiblər. Məlumata görə, Deppin bu cür arıqlaması və solğun görünməsinə səbəb keçmiş sevgilisi Vanessa Paradisdən ayrılmasıdır.
Qeyd edək ki, Coni ilə fransız müğənni Vennessa uzun illər birlikdə münasibətdə olub. Onların 2 övladı var. Daha sonra Paradis Deppi ona aktrisa Amber Herdlə xəyanət etdiyi üçün tərk edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.