banner
banner

Gündəm

Tramp göstəriş verdi: Fətullah Gülən Türkiyəyə ekstradisiya edilsin

Tramp göstəriş verdi:

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib.

Virtualaz.org xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Mənbə qeyd edir ki, Tramp Türkiyədə dövlət çevrilişi cəhdində ittiham edilmiş və barəsində qiyabi həbs qərarı verilmiş Gülənin ekstradisiyası fikrinə Səudiyyəli jurnalist Camal Xaşoginin qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.

“NBC News” əlavə edir ki, Trampın bu qərarı onun ABŞ-dakı əleyhdarları tərəfindən hiddətlə qarşılanıb.

Bildirildiyinə görə, Tramp administrasiyası və Türkiyə tərəfi Gülənin Türkiyəyə ekstradisiyası baş tutmayacağı təqdirdə onun Cənubi Afrika Respublikasına göndərilməsi barədə danışıqlar da aparıblar. Sonuncu varianta əl atılarsa, mənbə iddia edir ki, bu addımı Fətullah Gülənin şəxsi istəyi ilə atdığı vurğulanacaq.

Bəzi şərhçilərin fikrincə, ABŞ-ın Güləni ekstradisiya etmək qərarının əsas səbəbi Xaşogi cinayətindən sonra Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istəyidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.