Müğənni Sılanın rəfiqəsi Ziynet Salini döyməsi haqda iddialar yayılıb. Ötən gün alış-verişlərindən birində görüntülənən Sali verilən suallara əsəbiləşib və “Heç kimlə problemim yoxdur. Haqsızlıqlara görə insanın səbri daşır” sözlərini deyib:
“Bu mövzular barədə məhkəmədə danışacam. İndi danışma qadağam var. Düzdür, çox danışanları susdurmaq lazımdır, amma onu da məhkəmə yolu ilə həll edəcəyik. Heç kimlə heç bir problemim yoxdur. Bu haqsızlıqlardan sonra insanın səbri daşır.
Bu qədər boş iddialara ehtiyac yox idi. İnsan müəyyən bir yerə qədər yaxşı niyyətini qoruya bilir. Baş verənlər haqda vəkilim danışacaq.
Sıla ilə əlaqəmiz var. Hətta son olanlardan sonra zəng etdim və danışdıq. Həmişə dostuq. Həmkarıq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.