Mən diktator deyiləm, təvazökar adamam.Trend-in məlumatına görə, belə bəyanatla Venesuela prezidenti Nikolas Maduro çıxış edib.
O deyib: "Mənim heç vecimə deyil ki, məni "diktator" adlandırırlar. Mənə diktator deyənlər "cəhənnəm olsunlar". Mən Simon Bolivar dəyərləri ilə yüksəlmiş təvazökar adamın kim olduğunu bilirəm. Mən heç vaxt diktator ola bilmərəm".
Qeyd edək ki, daha öncə ABŞ hakimiyyət nümayəndələri, Kolumbiya prezidenti venesuelalı liderin "diktator" olduğunu bəyan ediblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.