banner
banner

Sosİal

Lamiyə ilk dəfə pasport aldı

Lamiyə ilk dəfə pasport aldı
Həbsdə ana olması ilə gündəmə gələn Lamiyə Quliyeva şəxsiyyət vəsiqəsi alıb.
Azadlığa çıxandan sonra L.Quliyeva ilk dəfə vətəndaş kimi qeydiyyata alınıb. O, həbs ediləndə 15 yaşı olub, sonrakı dövrdə isə cəzaçəkmə müəssisəsində ona şəxsiyyət vəsiqəsi verilməyib.
Lamiyə mart ayında pasport problemini həll edib. Son xəbərə görə, hazırda Şəmkirdədir.
Qeyd edək ki, 2003-cü ildə Lamiyə Şəmkirin eks-başçısı Aslan Aslanovun oğlu Ruslanı namusa toxunduğu iddiası ilə öldürdüyünü bildirib. Məhkəmə Lamiyəyə 10 il, keçmiş nişanlısı Vüqar Əliyevə ömürlük hökm oxuyub. Həbsxanada nəzarətçinin döyməsi ittihamı ilə Lamiyənin işi daha 5 il artırılıb.
Həbsdə övlad dünyaya gətirməsi qalmaqalı ilə gündəmə gəlib və azadlığa buraxılıb. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.