Bu ilin ilk ayı ərzində Azərbaycan əhalisinin sayı 9 min nəfər və ya 0,1 faiz artıb. Cia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda bildirilir.
2015-ci il fevralın 1-nə olan məlumata əsasən, əhalinin sayı 9 602,0 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.
Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.
Bu ilin yanvar ayı ərzində 13,9 min körpə dünyaya göz açıb. Hər 1000 nəfər hesabı ilə bu göstərici 17,3-dür. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib.
Bu il yanvar ayında ölkədə 5 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9-dan 6,2-yə enib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.